Bakı. Trend:
İsrail girov müqaviləsi çərçivəsində Qəzzada müvəqqəti atəşkəsi qəbul etməyə hazır olacaq.
Trend-in məlumatına görə, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu keçirdiyi mətbuat konfransında deyib.
"Biz belə bir fürsət yaranarsa, müvəqqəti atəşkəsə hazırıq", - deyə o bildirib.
Bundan əlavə, baş nazir bəyan edib ki, əgər HƏMAS əllərində olan bütün girovları azad edərlərsə, anklav tamamilə silahsızlaşdırılarsa və HƏMAS hərəkatı zolağın ərazisini tərk edərsə, İsrail Qəzzada müharibəni dayandırmağa hazır olacaq.