...

Aİ Rusiyanın 20-dən çox bankını SWIFT-dən ayrılması ideyasını müzakirə edir

Dünya xəbərləri Materials 24 May 2025 19:16 (UTC +04:00)
Aİ Rusiyanın 20-dən çox bankını SWIFT-dən ayrılması ideyasını müzakirə edir

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı növbəti sanksiyalar paketi çərçivəsində 20-dən çox bankın SWIFT-dən ayrılması və neft qiymətləri ilə bağlı “tavan”ın aşağı salınması təklifini müzakirə edir.

Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən xəbər verib.

"Aİ 20-dən çox bankı SWIFT-dən kəsməyi, eləcə də neft qiymətlərindəki “tavanı” aşağı salmağı imkanını nəzərdən keçirir", - deyə bildirilib.

Qeyd olunub ki, təkliflər arasında “Şimal axını” qaz kəmərlərinə qarşı sanksiyalar da var.

Rusiyadan neftin qiyməti üçün hazırda 60 dollar səviyyəsində müəyyən edilən “tavan”ın bir barel üçün 45 dollara endirilməsi təklif edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti