...

Bu ölkə pensiya yaşını Avropada ən yüksək səviyyəyə qaldırır

Dünya xəbərləri Materials 26 May 2025 19:00 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Danimarka qanunvericilərin təqaüd yaşının 70-ə qaldırılmasına səs verdikdən sonra Avropada ən yüksək pensiya yaşı həddinə sahib olacaq.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, Danimarka parlamenti 81 “lehinə” və 21 “əleyhinə” səslə pensiya yaşının artırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib. Yeni qanun 1970-ci il dekabrın 31-dən sonra doğulanlara şamil ediləcək. Hazırda pensiya yaşı orta hesabla 67-dir, lakin 1967-ci il yanvarın 1-də və ya ondan sonra doğulanlar üçün bu yaş 69-a qaldırıla bilər.

Danimarka Statistika Departamentinin rəsmi saytında qeyd edilir ki, bu ölkənin əhalisi təqribən 6 milyon nəfərdir, onlardan 713 mini 60-69 yaş arası, 580 mini isə 70-79 yaş arasındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti