Bakı. Trend:
Şotlandiyada fəaliyyət göstərən “Stagecoach” şirkətinə məxsus avtobus sürücüləri maaş artımı ilə bağlı davam edən mübahisə fonunda altı həftəlik tətilə başlayıblar.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, Ayr, Arran, Ardrossan və Kilmarnokda çalışan 400-dən çox sürücü 21 iyula qədər işə qayıtmayacaq. Nəticədə şirkət bölgədə məhdud sayda xidmət göstərəcək.
“Unite” həmkarlar ittifaqı qeyd edib ki, tətilin səbəbi ötən ilin noyabrında verilən və tamamilə qəbuledilməz sayılan 4 faiz maaş artımı təklifində heç bir irəliləyişin olmamasıdır.
Şirkətdən isə vurğulanıb ki, maaş artımı təklifləri bölgədəki avtobus xidmətlərinin davamlılığını təmin edəcək şəkildə olmalıdır.