...

ABŞ Rusiyaya qarşı bəzi maliyyə sanksiyalarını dayandırır

Dünya xəbərləri Materials 14 Avqust 2025 11:20 (UTC +04:00)
ABŞ Rusiyaya qarşı bəzi maliyyə sanksiyalarını dayandırır
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Maliyyə Nazirliyi Alyaskada sammitin hazırlanması və keçirilməsi üçün zəruri olan maliyyə əməliyyatlarını avqustun 20-dək Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan çıxarıb.

Trend xəbər verir ki,bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, Rusiyaya qarşı sanksiyalar çərçivəsində (RuHSR və URSR) normal olaraq qadağan edilən, lakin Alyaska ştatında görüşlərdə iştirak və ya dəstək üçün zəruri olan bütün əməliyyatlara 20 avqust 2025-ci il saat 00:01-ə qədər icazə verilir.

Qeyd edilir ki, bu tədbir anti-Rusiya sanksiyaları altında bloklanmış heç bir aktivin dondurulmasını nəzərdə tutmur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti