...

İsrail ordusu Livanın cənubunda "Hizbullah" terrorçusunu zərərsizləşdirib

Dünya xəbərləri Materials 1 Noyabr 2025 12:55 (UTC +04:00)
İsrail ordusu Livanın cənubunda "Hizbullah" terrorçusunu zərərsizləşdirib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail ordusu Livanın cənubunda Hizbullah hərəkatına aid “Rədvan” xüsusi təyinatlı bölmənin silahlı terrorçusunu zərərsizləşdirib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

“İsrail Müdafiə Qüvvələri Livanın cənubunda yerləşən Nəbati rayonunda “Hizbulla” qruplaşmasına aid “Rədvan” qüvvələrinin terrorçusunu zərərsizləşdirib. Həmin terrorçu İsrail dövlətinə qarşı çoxsaylı terror hücumlarının həyata keçirilməsində iştirak edib və “Hizbullah”ın terror infrastrukturu obyektlərinin bərbası ilə məşğul olub”, - bəyanatda qeyd olunur.

İDF-in bildirdiyinə görə, həmin şəxs İsrail dövləti və onun mülki əhalisi üçün təhdid yaradıb, habelə, İsraillə Livan arasındakı atəşkəslə bağlı razılaşmalara qarşı fəaliyyət göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti