...

Dələduzluq işi üzrə həbs olunan sabiq Aİ ali nümayəndəsi sərbəst buraxılıb

Dünya xəbərləri Materials 3 Dekabr 2025 14:06 (UTC +04:00)
Dələduzluq işi üzrə həbs olunan sabiq Aİ ali nümayəndəsi sərbəst buraxılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dələduzluq işi ilə bağlı ötən gün saxlanılmış Avropa İttifaqının xarici siyasət üzrə sabiq ali nümayəndəsi dindirildikdən sonra sərbəst buraxılıb.

Trend bu haqda xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, hazırda Avropa Kollecinin rektoru olan Moqerini ilə yanaşı həmin təhsil müəssisəsinin direktoru Çezare Dzeqretti və Avropa Xarici Əlaqələr Xidmətinin keçmiş baş katibi Stefano Sannino da saxlanılmışdı. Onların hər üçün Flandriya polis idarəsində istintaqla bağlı sorğu-sualdan sonra sərbəst buraxılıblar. Yerli prokurorluq onların sərbəst buraxıldığını belə ki, onların qaçmaq riskinin olmadığını bildirib.

Qeyd edək ki, həmin şəxslər gələcək diplom Aİ-nin diplomatik xidməti tərəfindən Avropa Kollecinə (Avropa İttifaqının Diplomatik Akademiyasına ) doqquz aylıq tədris proqramına qəbul prosesində qərəzli, ədalətsiz yanaşmada və rəqabət qaydalarını pozmaqda şübhəli bilinirlər.

Mübahisələndirilən faktlar 2021–2022-ci illəri əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti