...

19 ölkə ABŞ-nin "qara siyahısında" - onların vətəndaşlarının viza müraciətlərinə baxılmayacaq

Dünya xəbərləri Materials 3 Dekabr 2025 15:01 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ hökuməti Vaşinqtonun milli təhlükəsizlik üçün təhdid hesab etdiyi 19 dövlətin vətəndaşlarından daxil olan bütün immiqrasiya müraciətlərinə baxılmasını dayandırıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

ABŞ-nin Vətəndaşlıq və İmmiqrasiya Xidmətinin saytında dərc olunmuş məlumata görə, məhdudiyyətlər əsasən Yaxın Şərq bölgəsindən olan ölkələrə şamil olunub.

Siyahıda aşağıdakı ölkələr yer alır:

İran, Sudan, Liviya, Eritreya, Haiti, Somali, Yəmən, Əfqanıstan, Türkmənistan, Çad Respublikası, Toqo, Syerra-Leone, Ekvatorial Qvineya, Burundi, Konqo Respublikası, Myanma, Laos, Kuba və Venesuela.

Memoranduma əsasən, adıçəkilən 19 ölkədən birində doğulan və ya həmin ölkənin vətəndaşı olan, ABŞ-da daimi yaşayış hüququ (green card) və ya vətəndaşlıq almaq istəyən hər kəs “yenidən və hərtərəfli yoxlama prosedurundan” keçməli olacaq. Bu proses milli təhlükəsizlik üçün mümkün bütün risklərin “tam qiymətləndirilməsi” məqsədilə bir və ya hətta iki müsahibəni əhatə edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti