...

İran rialı tarixi minimumu yeniləyib

Dünya xəbərləri Materials 3 Dekabr 2025 16:52 (UTC +04:00)
İran rialı tarixi minimumu yeniləyib
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün (3 dekabr) İranın milli valyutası ial ABŞ dolları və avro qarşısında tarixi minimumu yeniləyib.

Trend bu barədə İran KİV-ə istinadən məlumat verib.

Hazırda İranda qara bazarda 1 ABŞ dollarının qiyməti 1,21 milyon rial civarındadır. Halbuki ötən gün 1 ABŞ dolları 1,19 milyon rial təşkil edib.

Hazırda ölkənin qara bazarında 1 avronun qiyməti 1,41 milyon rial təşkil edir. Ötən gün isə 1 avronun qiyməti 1,38 milyon rial olub.

Qeyd edək ki, ABŞ və qərb ölkələrinin İran əleyhinə iqtisadi sanksiyaları, inflyasiya və bir çox digər problemlər ölkədə iqtisadi vəziyyətin mürəkkəb olduğunu göstərir.

İran Mərkəzi Bankının elan etdiyi rəsmi məzənnəyə əsasən 1 ABŞ dolları 646 min rial, 1 avro isə 748 min rialdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti