Bakı. Trend:
Stiv Uitkoff və Cared Kuşner Prezident Putinlə kifayət qədər yaxşı görüş keçiriblər.
Trend xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Rusiya-Ukrayna müharibəsi heç zaman başlamamalı idi. “Mən bu ofisdə olanda onlara dedim ki, kartları yoxdur. Həmin vaxt barışmaq üçün yaxşı vaxt idi. Amma bunu etməmək qərarına gəldilər. Amma Prezident Putin dünən Cared Kuşner və Stiv Uitkoffla çox yaxşı görüş keçirib. Bu görüşdən nə nəticə çıxardığını sizə deyə bilmərəm, çünki tanqo üçün iki nəfər lazımdır”,- deyə Tramp əlavə edib.