...

ABŞ Senatına Venesuelaya qarşı güc tətbiqinin qadağan olunmasını tələb edən qətnamə təqdim edilib

Dünya xəbərləri Materials 4 Dekabr 2025 08:03 (UTC +04:00)
ABŞ Senatına Venesuelaya qarşı güc tətbiqinin qadağan olunmasını tələb edən qətnamə təqdim edilib

Bakı. Trend:

Bir neçə amerikalı senator Prezident Donald Tramp administrasiyasına Konqresin icazəsi olmadan Venesuelaya qarşı hərbi güc tətbiq etməmək çağırışı ilə sənəd təqdim edib.

Trend xəbər verir ki, bu barədə Virciniya ştatından demokrat senator Tim Keynin rəsmi saytında yayımlanan açıqlamada bildirilir.

Qətnamə Tim Keyn, Kentakidən respublikaçı Rənd Pol, Kaliforniyadan demokrat Adam Şiff və Senatda demokrat azlığın lideri Çak Şumer (Nyu-York) tərəfindən hazırlanıb. Sənəd ABŞ Silahlı Qüvvələrinin Konqresin razılığı olmadan "Venesuela ərazisində və ya ona qarşı hərbi əməliyyatlarda iştirakının qarşısını almağı" hədəfləyir.

Sənədi hazırlayan senatorlar diqqəti Trampın 2 dekabrda Latın Amerikasında narkotik kartellərinə qarşı mübarizə çərçivəsində ABŞ qüvvələrinin yaxın zamanda quru hədəflərinə zərbələr endirməyə hazır olması barədə açıqlamasına yönəldiblər.

“Amerikalılar ictimai müzakirə və səsvermə aparılmadan Venesuela ilə sonsuz bir müharibəyə cəlb olunmaq istəmirlər”, – ABŞ-nin digər ölkələrin daxili işlərinə müdaxiləsinə daim qarşı çıxan Pol bildirib.

Qətnamədə vurğulanır ki, ABŞ-də müharibə elan etmək səlahiyyəti yalnız Konqresə məxsusdur.

“Konqres nə Venesuelaya, nə də Venesueladakı hər hansı şəxsə və ya quruma qarşı müharibə elan edib, nə də bu ölkədə və ya ona qarşı hərbi güc tətbiqinə icazə verib”, – sənəddə qeyd olunur. Mətnə əsasən, Vaşinqton müvafiq güc tətbiqini dərhal dayandırmalıdır.

Xəbər lenti

Xəbər lenti