...

Estoniya Aİ paktı çərçivəsində miqrantları qəbul etməkdən imtina edib

Dünya xəbərləri Materials 10 Dekabr 2025 14:01 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Estoniya Avropa İttifaqının miqrasiya paktı çərçivəsində köçürülməli olan şəxsləri qəbul etməyəcək, lakin digər yollarla bu təşəbbüsə töhfə verməyə hazırdır.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Baltikyanı respublikanın daxili işlər naziri İqor Taro bəyan edib.

“Biz köçürülməsi nəzərdə tutulan şəxsləri qəbul etməyəcəyik, bu məsələdə mövqeyimiz tam aydındır. Biz briqadalar göndərə, texnika yollaya bilərik, yəni öz resurslarımızla birbaşa yerində yardım göstərə bilərik ... Biz heç bir şəkildə öhdəliklərimizdən yayınmırıq, lakin eyni zamanda Estoniyanın maraqlarını müdafiə edirik ki, töhfəmizin uyğunluğu və proporsionallığı təmin edilsin”,- deyə nazir bildirib

Nazir vurğulayıb ki, miqrasiya təzyiqi yükünün bölüşdürülməsi çərçivəsində Tallin 280 min avro ayıracaq və eyni məbləğdə yardım göstərəcək. O qeyd edib ki, Estoniyanın töhfəsi iki dəfə çox olmalı idi, lakin respublika onsuz da çox sayda ukraynalı qaçqını qəbul etdiyindən məbləğ azaldılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti