...

Orban bu ilin Avropada sonuncu sülh ili olacağını istisna etməyib

Dünya xəbərləri Materials 24 Dekabr 2025 15:15 (UTC +04:00)
Orban bu ilin Avropada sonuncu sülh ili olacağını istisna etməyib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci il Avropada sonuncu sülh ili ola bilər.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban yerli qəzetə müsahibəsində bildirib.

Orbanın sözlərinə görə, İkinci dünya müharibəsinin başa çatmasından bəri Avropada nüvə qarşıdurmasına çevrilə biləcək yeni hərbi münaqişənin meydana gəlmə qorxusu olub.

Macar baş nazir bildirib ki, Qərbi Avropa 2000-ci illərin ortalarından etibarən siyasi, iqtisadi və sosial baxımdan tənəzzül edir və Ukraynadakı münaqişə bu prosesin sadəcə fəsadlarından biridir.

“Uzun müddət kütləvi qırğın silahı olan nüvə silahı qitə xalqlarını müharibədən çəkindirirdi. Hamı hesab edirdi ki, Avropada baş verən hər hansı münaqişə qaçılmaz olaraq nüvə xarakterli dünya müharibəsinə çevriləcək. Bu qorxu 80 il ərzində təsir göstərdi. Lakin indi tamamilə yeni bir dünya formalaşır”, – deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti