Bakı. Trend:
Almaniya hüquq-mühafizə orqanları Fələstinin "HƏMAS" hərəkatı üçün silah alınmasında şübhəli bilinən Livan əsilli Məhəmməd Z.-ni saxlayıblar.
Trend-in məlumatına görə, bu barədə Almaniya Baş Prokurorluğu xəbər verib.
"Dünən axşam (23 yanvar 2026-cı il) Federal Dövlət Prokurorluğu Federal Məhkəmənin istintaq hakimi tərəfindən verilən order əsasında hərəkət edərək, Livan əsilli Məhəmməd Z.-ni Beyrutdan gəlişindən sonra Berlin Brandenburq Hava Limanında (BER) saxlayıb. Saxlanılma Federal Cinayət Polisi İdarəsi və Federal Polis əməkdaşları tərəfindən həyata keçirilib", - deyə qeyd olunub.
Prokurorluqdan əlavə edilib ki, həmin şəxs "xarici terror təşkilatına üzv olmaqda şübhəli bilinir".
Almaniya Baş Prokurorluğu Məhəmməd Z.-nin HƏMAS üzvü olduğunu bildirib. "Avqust ayında, barəsində ayrıca məhkəmə prosesi aparılan Əbəd Əl-Q. ilə əlbir olaraq, o, 300 silah-sursat əldə edib. Bu hərəkətlər Almaniya və Avropada İsrail və ya yəhudi hədəflərinə qarşı HƏMAS terror hücumlarının hazırlanmasına xidmət edib", - deyə bildirilib.