...

Yaponiya hökuməti Şimali Koreyaya təzyiq göstərmək niyyətindədir

Dünya xəbərləri Materials 26 Yanvar 2026 10:20 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rəsmi Tokio Şimali Koreya tərəfindən yapon vətəndaşlarının oğurlanması məsələsini gündəmə gətirməyə davam edəcək və onların vətənə qaytarılması üçün Pxenyana təzyiqi gücləndirəcək.

Trend xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabineti Aparatının rəhbəri Minoru Kihara "UPI" agentliyinə açıqlamasında bildirib.

“Biz oğurlanmalar məsələsini qaldırmaq üçün hər bir diplomatik fürsətdən istifadə edəcəyik,” – deyə Kihara vurğulayıb.

Aparat rəhbəri qeyd edib ki, bu mövzuya həm Yaponiyanın daxilində, həm də ölkə hüdudlarından kənarda diqqət cəlb olunmalıdır. O, Tokionun bütün oğurlanmış yaponların mümkün qədər tez geri qaytarılacağı vədinə sadiqlik nümayiş etdirməyə çağırıb.

Daha əvvəl Yaponiyanın Baş naziri Sanae Takaichi iki dövlət arasındakı münasibətlərin müzakirəsi məqsədilə KXDR lideri Kim Çen In ilə təkbətək görüşə hazır olduğunu bəyan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti