...

Avropa Komissiyası Polşa və Baltikyanı ölkələrə 110 milyon avrodan çox vəsait ayırıb

Dünya xəbərləri Materials 28 Yanvar 2026 17:12 (UTC +04:00)
Avropa Komissiyası Polşa və Baltikyanı ölkələrə 110 milyon avrodan çox vəsait ayırıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Komissiyası (AK) Baltikyanı ölkələrə və Polşaya kritik infrastrukturun qorunması üçün 110 milyon avrodan çox vəsait ayırıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Litvanın Energetika Nazirliyi məlumat verib.

Nazirliyin açıqlamasında bildirilir ki, Avropa İttifaqı tərəfindən enerji infrastrukturunun mühafizəsinin maliyyələşdirilməsi ilk dəfə həyata keçirilir. Ayrılan maliyyənin həcmi 113 milyon avro təşkil edir.

Məlumata görə, bu imkan Litva, Latviya və Estoniyanın elektrik şəbəkələrinin Polşa üzərindən Qərbi Avropa ilə sinxronlaşdırılması nəticəsində yaranıb.

“Biz kritik infrastrukturun mühafizəsi layihələrinin maliyyələşdirilməsi ilə bağlı gələcəkdə də Avropa Komissiyasına müraciət etməyi planlaşdırırıq və bu məqsədlər üçün uzunmüddətli maliyyə ayırma mexanizminin yaradılmasını zəruri hesab edirik”, – nazirlikdən qeyd edilib.

Yardım paketində Litvaya ayrılan pay 22 milyon avro təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti