Bakı. Trend:
Macarıstanın Kiyevdəki səfiri Ukraynanın Xarici İşlə Nazirliyinə çağırılıb. Orada ona Macarıstanın Kiyevin maliyyələşdirilməsinin dayandırılmasına dair çağırışlarına etiraz notası təqdim olunub.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Xarici İşlər və Xarici Ticarət Əlaqələri Nazirliyinin rəhbəri Peter Siyarto bəyan edib.
Siyarto bildirib ki, Kiyevin bu addımı Macarıstanı Ukrayna ilə bağlı öz siyasi kursunu dəyişməyə vadar etməyəcək.
“Ukraynalılar macar xalqının milli petisiya çərçivəsində [Avropa İttifaqının rəhbərliyinə] Brüsselin və Kiyevin Macarıstanın pullarını Ukraynanın fəaliyyətinin və silahlandırılmasının maliyyələşdirilməsinə yönəltmək məsələsinə öz mövqeyini bildirməsinə, bir daha öz narazılıqlarını ifadə ediblər”, – deyə Siyarto yazıb.
Nazir eyni zamanda vurğulayıb ki, Ukrayna hakimiyyəti son günlərdə Macarıstan hökumətinin üzvlərinə, o cümlədən Baş nazir Viktor Orbana qarşı dəfələrlə kobud təhqirlərə yol vermələrinin səbəbini izah etməyib. Siyyartonun sözlərinə görə, bu cür ifadələr Ukrayna Prezidenti Volodimir Zelenski, eləcə də Ukraynanın xarici işlər naziri Andrey Sibiqa tərəfindən səsləndirilib
Bundan əvvəl Viktor Orban ölkəsinin korrupsiya səbəbindən Ukraynaya vəsait göndərməyəcəyini bəyan etmişdi.
