...

Türkiyə Avropa ölkələrinə yeni təhlükəsizlik arxitekturasını birgə müzakirə etməyi təklif etdi

Dünya xəbərləri Materials 30 Yanvar 2026 03:08 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Avropanın müdafiə qabiliyyətlərini artırması lazım olduğu üçün aparıcı Avropa ölkələrini gələcək təhlükəsizlik arxitekturasını birlikdə müzakirə etməyə dəvət edir.

Trend-in məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan "Al Jazeera" televiziya kanalı xəbər verib.

"Əlbəttə ki, NATO transatlantik icma üçün təhlükəsizlik əməkdaşlığı üçün əsas platforma olaraq qalır. Fəaliyyətdə olduğu müddətcə Avropa, Amerika və transatlantik təhlükəsizliyin məqsədlərinə xidmət edir. Amma əgər özümüzü ABŞ və Avropa arasında bölünmüş vəziyyətdə tapırıqsa, düşünürəm ki, Avropa müdafiə potensialını mümkün olan hər vasitə ilə artırmalıdır. Biz təklif edirik ki, Böyük Britaniya, Türkiyə və bəzi əsas Avropa ölkələri bir araya gəlib Avropa üçün yeni təhlükəsizlik arxitekturasının necə olacağı və bu, bizim dayanıqlığımızı, gücümüzü və çəkindirmə qabiliyyətimizi gücləndirəcək şəkildə necə olacağı barədə keyfiyyətli müzakirələr aparsınlar", - deyə nazir bildirib.

O, transatlantik icmada "ciddi problemlərin" olduğunu təsdiqlədi.

Xəbər lenti

Xəbər lenti