...

Tramp İrana tələblərini irəli sürüb

Dünya xəbərləri Materials 30 Yanvar 2026 10:29 (UTC +04:00)
Tramp İrana tələblərini irəli sürüb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Son bir neçə gün ərzində ABŞ prezidenti Donald Tramp İran hakimiyyəti ilə danışıqlar aparıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri C-Span telekanalına açıqlamasında bildirib.

ABŞ prezidentinə İran hakimiyyətinə hansı mesajı ötürdüyü ilə bağlı sual verildikdə, iki şərt irəli sürdüyünü deyib: nüvə silahının olmaması və etirazçıların qətlə yetirilməməsi.

Bundan əvvəl ABŞ prezidenti böyük Amerika qüvvələrinin İran istiqamətində hərəkət etdiyini bəyan etmişdi.

Xatırladaq ki, 2025-ci ilin iyununda ABŞ İranın üç nüvə obyektinə zərbələr endirib. ABŞ-ın müdafiə naziri Pit Heqset bildirib ki, ölkə 75 yüksək dəqiqlikli sursatdan istifadə etməklə İranın nüvə proqramını tamamilə məhv edib. İran hakimiyyəti isə nüvə obyektlərinin məhv edildiyini təkzib edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti