...

Günəşdə partlayış baş verib

Dünya xəbərləri Materials 2 Fevral 2026 09:44 (UTC +04:00)
Günəşdə partlayış baş verib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Günəşdə “X” sinifinə aid yeni güclü alışma baş verib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (RAN KTI) Günəş astronomiyası laboratoriyası məlumat yayıb.

Məlumata görə, partlayış X8.11 gücündə olub.

Bundan əvvəl, Günəşdə bir sutka ərzində 17 güclü alışma qeydə alınıb. Mütəxəssislərin hesablamalarına görə, Günəşin enerji toplama rejiminə keçməsi ilə X sinifli alışmalar başlayacaq.

Qeyd edək ki, Günəş alışmaları rentgen şüalanmasının gücünə görə beş sinfə bölünür: A, B, C, M və X. Ən aşağı sinif olan A0.0 Yer orbitində kvadrat metrə görə 10 nanovat şüalanma gücünə uyğun gəlir. Hər növbəti sinfə keçid zamanı güc 10 dəfə artır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti