...

Britaniya hərbçiləri Rusiya ilə sərhəddə ekstremal şəraitdə təlimlər keçirir

Dünya xəbərləri Materials 4 Fevral 2026 16:40 (UTC +04:00)
Britaniya hərbçiləri Rusiya ilə sərhəddə ekstremal şəraitdə təlimlər keçirir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Britaniyalı hərbçilər Estoniyada Rusiyaya məxsus sərhəddən cəmi bir neçə kilometr məsafədə yerləşən ərazidə ekstremal hava şəraitində təlimlərdə iştirak edirlər.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Hərbi manevrlər NATO-nun “Winter Camp” adlı təlimi çərçivəsində "Tapa" hərbi bazasında keçirilir. Həmin ərazidə hava temperaturunun bəzən mənfi 30 dərəcəyə (selsi) qədər düşdüyü bildirilir. Atlantik Alyansın rəhbərliyi beləcə müttəfiq qüvvələrin sərt soyuq mühitlərdə fəaliyyət imkanlarını ciddi şəkildə sınaqdan keçirir.

“Royal Anglian” alayının komandiri kapitan Hemiş MakKellar bildirib ki, əsgərlər bel və sinəyə qədər çatan qarlı şəraitlə üzləşmələrinə baxmayaraq verilən əmrləri təmkinli və inamlı şəkildə yerinə yetirirlər.

Hərbi manevrlərdə 1250-ə yaxın hərbçi iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti