...

İsrail ordusu gizli tuneldən çıxan 4 terrorçunu zərərsizləşdirib

Dünya xəbərləri Materials 9 Fevral 2026 11:54 (UTC +04:00)
İsrail ordusu gizli tuneldən çıxan 4 terrorçunu zərərsizləşdirib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail hərbiləri Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində gizli tuneldən çıxaraq əsgərlərə hücum edən dörd fələstinli silahlını zərərsizləşdirib.

Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

IDF-in bildirdiyinə əsasən, Rəfahın şərqində aparılan təmizləmə əməliyyatları zamanı tuneldən çıxaraq 7-ci Zirehli Briqadanın hərbçilərinə atəş açan dörd terrorçu müəyyən edilib.

Əsgərlər cavab atəşi açıblar və dörd terrorçunu məhv ediblər. Hadisə nəticəsində israilli hərbçilər arasında itki barədə məlumat yoxdur.

IDF bu hücumu İsrail ilə HƏMAS arasında mövcud olan atəşkəsin “açıq-aşkar pozulması” kimi qiymətləndirir və insidentə “son dərəcə ciddi” yanaşdığını bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti