...

ERMƏNİ LOBBİSİ ABŞ-IH DÖVLƏT KATİBİNƏ BAKI-AXALKALAKİ-QARS LAYİHƏSİNƏ MALİYYƏ DƏSTƏYİNİN DAYANDIRILMASI TƏLƏBİNƏ DAİR MƏKTUB GÖNDƏRİB

Dünya xəbərləri Materials 24 Avqust 2005 12:35 (UTC +04:00)

ABŞ-ın erməni diasporunun maraqlarını müdafiə edən konqressmenlər dövlət katibi Kondoliza Raysa (Condoleezza Rice) Bakı-Axalkalaki-Qars dəmir yolunun inşası layihəsinin maliyyələşdirilməsinin dayandırılması barədə məktub göndəriblər. Bu barədə Trend Türkiyənin "TRT" telekanalına istinadən xəbər verir.

8 konqressmenin imzaladığı məktubda bildirilir ki, bu layihədə "Ermənistanı təcrid etmək" məqsədi güdülür. Vaşinqton bu dəmir yolunun inşasının qarşısını almalı və ABŞ tərəfindən onun maliyyələşdirilməsini qadağan etməlidir. Layihənin maliyyə yükü olduqca ağırdır, dəmiryolunun tikintisinə isə uzun

illər sərf oluna bilər. Konqressmenlər alternativ kimi bu dəmiryolunun Ermənistanın Gümrü şəhərindən çəkilməsini təklif edib, belə ki, Ermənistan və Türkiyə arasında dəmiryolunun kiçik bir hissəsi çəkilsə də, ondan istifadə edilmir.

Məktubda o da qeyd olunur ki, Bakı-Axalkalaki-Qars dəmiryolunun inşasının dəstəklənməsinin qadağan olunmasına dair qərarın layihəsi artıq Konqressin Hümayəndələr Palatasına təqdim olunub.

Xatırladaq ki, erməni lobbisi bundan əvvəl ABŞ Konqressinin Aşağı Palatasına "Ermənilərə qarşı genosidin tanınması" və "Ermənistanın təcriddən çıxarılması" haqqında iki qərarın layihəsini göndərib.

Qeyd edək ki, ABŞ konqressi yay tətilinə çıxıb və sentyabrın 6-da işə başlayacaq.

Xəbər lenti

Xəbər lenti