...

"OSMANLI İMPERİYASININ SÜQUTUNDAN BƏRİ ERMƏNİLƏRİN VƏZİYYƏTİ" KONFRANSI TÜRKİYƏNİN ELMİ MÜHİTİNDƏ PARÇALANMAYA SƏBƏB OLUB

Dünya xəbərləri Materials 22 Sentyabr 2005 15:49 (UTC +04:00)

"Osmanlı imperiyasının süqutundan bəri ermənilərin vəziyyəti" mövzusunda keçiriləcək konfrans Türkiyənin elmi mühitində parçalanmaya səbəb olub. Trend Türkiyə SMİ-yə istinadən bildirir ki, sentyabrın 22-də 50-dən çox alimin birgə bəyanat imzalaması məlum olub.Bəyanatda qeyd olunur ki, konfransda iştirak üçün dəvət yalnız bir tarixi cərəyanın davamçılarına göndərilib ki, bu da mövzunun elmi müzakirəsi üçün qəbuledilməzdir.

"Həmin konfrans elmi əsasa söykənmir, siyasi məqsəd daşıyır və burada qəbul olunmuş hər bir yekun bəyanatlar qərəzli və qeyri-obyektiv olacaq.Biz konfrans iştirakçılarını yenidən bu addım üzərində düşünməyə çağırırıq"-deyə sənəddə xüsusilə qeyd olunur.

Qeyd edək ki, sabah, sentyabrın 23-də Bosfor Universitetində (İstambul) öz işinə başlayacaq üçgünlük konfransın təşkilati komitəsinin tərkibinə Türkiyənin bir sıra tanınmış alimləri daxildir.

Tədbirdə Türkiyənin 100-dən çox ictimai xadimi, eksperti və alimi çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti