...

Yaponiya uranın zənginləşdirilməsi məsələsində İrana təsir etmək niyyətindədir

Dünya xəbərləri Materials 19 Aprel 2006 13:02 (UTC +04:00)

Yaponiya Tehran tərəfindən uranın zənginləşdirilməsi proqramının dayandırılması məqsədilə İrana təsir etmək niyyətindədir.

Trend in xəbər verdiyi kimi, hər iki ölkənin XİN başçıları bu mövzuda danışıqlar aparacaq. Görüşün dəqiq tarixi hələlik açıqlanmayıb.

Yaponiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, görüşdə Yaponiya tərəfdən Yaxın Şərq və Afrika şöbəsinin direktoru Motohide Yosikava, İran tərəfdən isə Şərqi Asiya və Okeaniya şöbəsinin baş direktoru Nemətulla İzadi iştirak edəcək.

"Biz diqqətimizi nüvə məsələləri üzərində cəmləşdirəcəyimizə ümid edirik. Yaponiya hökuməti nüvənin zənginləşdirilməsi məsələsi ilə bağlı İran hökumətinin nümayəndələri ilə mümkün qədər tez məsləhətləşmələr aparmaq niyyətindədir", - deyə Yaponiya XİN başçısının müavini Setaro Yati bildirib.

Onun sözlərinə görə, Yaponiya yenə də İranı uranın zənginləşdirilməsi üzrə hər cür fəaliyyəti dayandırmağa çağıracaq. Bundan başqa, fevralın sonlarında İranın xarici işlər naziri Manuçöhr Mötəkinin Tokioya səfərində şərtləndirldiyi kimi, bir sıra işgüzar görüşlər zamanı regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparılacaq.

İran hökuməti ölkənin dinc məqsədlərlə atom energetikasını inkişaf etdirmək hüququna malik olmasında israr edir və uranın zənginləşdirilməsi üzrə eksperimentləri davam etdirmək niyyətini bəyan edir. Bu barədə RİA "Novosti" xəbər verir.

Xəbər lenti

Xəbər lenti