...

Rusiya Dövlət Duması RF və Özbəkistan arasında müttəfiqlik əlaqələri haqqında Müqaviləni təsdiq edib

Dünya xəbərləri Materials 21 Aprel 2006 16:47 (UTC +04:00)

Rusiya Dövlət Duması RF və Özbəkistan arasında müttəfiqlik əlaqələri haqqında Müqaviləni təsdiq edib. Qeyd edək ki, hər iki ölkə prezidenti arasında bu müqavilə 2005-ci ilin noyabrında Moskvada imzalanıb. Özbəkistan parlamenti sənədi fevralda təsdiq edib.

Trend in xəbər verdiyi kimi, sənəddə hərbi təhlükə yarandığı zaman ölkələrin bir-birinin köməyinə gəlməsi nəzərdə tutulur. Müttəfiqlik əlaqələri Rusiya və Özbəkistanın həm də beynəlxalq arenada, iqtisadiyyatda, təhsildə, mədəniyyət və digər sahələrdə əməkdaşlığını əhatə edir. Bu barədə "İTAR-TASS" xəbər verir.

Xəbər lenti

Xəbər lenti