...

Bundan sonra Tehranda "qeyri-müsəlman" sayağı geyinmiş qadınları $50 cərimə və ya iki aylıq həbs gözləyir

Dünya xəbərləri Materials 21 Aprel 2006 17:35 (UTC +04:00)

Tehran polisinə "qeyri-müsəlman" sayağı geyinmiş qadınları saxlamaq hüququ verilib. Trend in xəbər verdiyi kimi, bu barədə Britaniyanın "Qardian" qəzeti xəbər verir.

Bundan sonra hicabı və ya baş yaylığını kifayət qədər möhkəm bağlamamış, dar pencək və ya ətəkləri qısa şalvar geyinmiş qadınlar həbs edilə bilər. Buna əməl etməyənləri $50 cərimə və ya iki aylıq həbs gözləyir.

Polis, həmçinin, qeyri-adi saç düzümlü kişiləri, o cümlədən artıq çoxdandır ki, din xadimlərinin müzakirə etdiyi ev itlərini gəzdirən şəxsləri də saxlamaq hüququ verilir. Belə ki, müsəlman aləmində it "haram" heyvan sayılır.

İslam qanunlarına görə, "düzgün" geyinməyən qadınlar arasında qayda-qanunun yaradılması üzrə mübarizəyə şəhər şurasının üzvü Nader Şəriətmaderi başçılıq edir. O, İran prezidenti Mahmud Əhmədinejadın yaxın tərəfdaşıdır.

Qəzetin xəbər verdiyi kimi, xarici görünüşlə bağlı sərt tələblərin yer aldığı bu vəziyyət 1979-cu il islam inqilabından sonrakı dövrü xatırladır. Bu dövrdə "əxlaq müdafiəçiləri" dodaqları boyalı qadınlara yaxınlaşaraq dəsmalla onların üzünü silirdi. Əksər hallarda isə bu dəsmallarin içində ülcüc gizlədilirdi. Bu barədə RİA "Novosti" xəbər verir.

Xəbər lenti

Xəbər lenti