İran prezidenti Mahmud ƏhmədiNecad mətbuat konfransında bildirib ki, əgər ölkənin bundan sonra MAQATE-də iştirakı sərfəli olmasa, Tehran agentlikdən çıxma imkanlarını nəzərdən keçirəcək. Bu barədə Associated Press xəbər verir. " 30 ildən artıqdır ki, agentilikdə olmağımız bizə nə verib? Nüvə silahının yayılmaması haqqında müqavilə və agentlik çərçivəsində iş bizim möhkəm siyasi xəttimizdir. Ancaq əgər biz görsək ki, onlar bizim hüquqlarımızı pozur və ya ya qəbul etmir, o zaman biz öz mövqeyimizi yenidən nəzərdən keçirəcəyik", - deyə İran lideri qeyd edib.
İran MAQATE rəhbəri Məhəmməd Əl-Bəradeyinin uranın zənginləşdirilməsinin dayandırılması ilə bağlı çağırışlarını rədd edib. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin sözlərinə görə, eksperimentlərin dayandırılması Tehran üçün əlverişli deyil. "Belə təkliflər o qədər də konstruktiv deyil", - deyə Ə.Laricani hesab edir.
Aprelin sonunda MAQATE rəhbəri BMT TŞ-ni öz işinin nəticələri ilə tanış etməlidir. Daha sonra BMT TŞ üzvləri İranın nüvə proqramı ətrafında yaranmış böhrandan çıxış yollarını nəzərdən keçirəcək. Bu barədə RBK xəbər verir.