Trend agentliyinin məlumatına əsasən, Gürcüstan parlamentinin spikeri Nino Burcanadze çərşənbə günü 3 günlük səfərlə Rusiyaya yola düşəcək. Qanunverici orqanın mətbuat xidmətindən RİA "Novosti" agentliyinə verilən məlumata görə, N.Burcanadze Rusiya parlamentarizminin 100 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak edəcək.
Səfər çərçivəsində N.Bursanadzenin Dövlət Dumasının sədri Boris Qrızlovla görüşü planlaşdırılıb. Söhbət zamanı gürcü spikeri Gürcüstan-Rusiya münasibətlərinə, o cümlədən bəzi gürcü məhsullarına Rusiya bazarında qoyulan qadağa məsələsinə xüsusi diqqət ayırmaq niyyətindədir. Bu barədə " Novosti-Qruziya" xəbər verir.