...

İran prezidenti: BMT müstəqil beynəlxalq təşkilat kimi öz nüfuzunu müdarfiə etməlidir

Dünya xəbərləri Materials 1 May 2006 12:47 (UTC +04:00)

BMT müstəqil beynəlxalq təşkilat kimi öz nüfuzunu müdarfiə etməlidi. Bu barədə İran prezidenti Mahmud Əhmədineyad bəyan edib. Onun sözlərinə görə, aprelin 28-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) rəhbəri Məhəmməd əl-Baradeyinin İranın "nüvə dosye"nin BMT Təhlükəsizlik Şurasına təqdim edilməsi "BMT TŞ-nın məqsəd və vəzifələrini aydınlaşdırmaq" imkanıdır. M.Əhmədinejadın sözlərinə görə, TŞ dünya ölkələrinin təhlükəsizliyinin müdafiəsi üçün mövcud olduğunu sübut etməli, bir sıra aparıcı dövlətlərin əllərində alət olmamalıdır.

Bu zaman İran prezidenti Tehranın istənilən, eləcə də nüvə silahına malik olan ölkə ilə bu ölkələrin İranın nüvə proqramı ilə bağlılığını aradan qaldırmaq məqsədilə danışıqlar aparmağa hazır olduğunu qeyd edib. Bu barədə IRNA məlumat yayıb.

Xəbər lenti

Xəbər lenti