...

Gürcüstanın baş naziri Londona gedib

Dünya xəbərləri Materials 3 May 2006 13:38 (UTC +04:00)

Gürcüstanın baş naziri Zurab Noqaideli bu gün "Gürcüstana investisiyalar" iqtisadi forumunun keçirildiyi Londona yola düşüb.

Trend in verdiyi məlumata görə, forumun məqsədi Gürcüstana xarici investisiyaların cəlb edilməsi və satışı Rusiya bazarında qadağan edilən gürcü şərabının reklamıdır.

Əvvəlki bu tip tədbirlərdən fərqli olaraq, bu forumda gürcü tərəfini biznes nümayəndələri təmsil etməyəcək. Londona yalnız hökumətin nümayəndələri yola düşüb.

Baş nazir Gürcüstana mayın 5-də qayıdacaq. Bu barədə Praym-Nyus məlumat verib.

Xəbər lenti

Xəbər lenti