Beynəlxalq alimlər qrupu ulduzlar ətrafında fırlanan və kütləsi Günəşdən bir qədər çox olan unikal planetlər sistemi aşkar edib. Bu barədə La-Silyedə yerləşən Cənubi Avropa rəsədxanasının tədqiqatçıları məlumat verib.
Trend in İTAR-TASSa istinadən xəbər verdiyi kimi, Plutonu xatırladan üç planetdən biri onda maye halda olan suyun olduğunu müəyyən etmək üçün ulduzlardan kifayət qədər uzaqda yerləşir. Kütləsi Yerin kütləsindən 10-18 dəfə çox olan planetlər Korma bürcündə yerləşir.
Alimlər yeni planetləri NARPS cihazının köməyi ilə kəşf edib. Bu cihaz mövcud astronomik spektroqraflardan ən dəqiqi hesab olunur.