...

Qazaxıstan hökuməti 2006-cı ildə Xəzərin şelfində neft istehsalı və hasilatı üzrə tender keçirmək niyyətində deyil

Dünya xəbərləri Materials 1 İyun 2006 17:52 (UTC +04:00)

Qazaxıstan hökuməti 2006-cı ildə Xəzərin şelfində neft istehsalı və hasilatı üzrə tender keçirmək niyyətində deyil. Bu barədə energetika və mineral ehtiyatlar nazirinin müavini Ləzzat Kiinov bildirib.

Trend agentliyinin "Kazakhstan Today"yə istinadən xəbər verir ki, Xəzər dənizinin Qazaxıstan sektorunun mənimsənilməsi üzrə dövlət proqramı çərçivəsində mənimsəmə müddəti 3 mərhələyə bölünüb: 1-ci (2003 - 2005-ci illər) - kompleks mənimsəsə üçün şəraitin yaradılması, 2-ci (2006 - 2010-cu illər) - tezləşdirilmiş mənimsəmə; 3-cü (2011 - 2015-ci illər) - hasilatın sabitləşdirilməsi.

"Biz artıq 1-ci mərhələni keçmişik və hazırda 2-cidəyik. İndi əsasən infrastruktura daha çox diqqət ayırırıq" - deyə L. Kiinov vurğulayıb. "Kəşfiyyata verilmiş bloklar ilə bağlı hələ hər şey aydın deyil. 1-ci mərhələyə aid bloklarda iş gedir. Bu il Ataşe, Kurmanqazı və daha bir neçə blokda iş aparılır. Bu il tender olmayacaq" - deyə o qeyd edib.

2007-ci ildə tenderlərin mümkünlüyü haqqında suala L. Kiinov cavab verib ki, "bu, kəşfiyyatın aparıldığı bloklarda işlərin gedişindən asılı olacaq" - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti