Cümə günü Kemerovoda qəzaya uğramış Rusiya XİN-nin Mi-8 vertolyotu desantçılar qrupunu aparırdı. Bu barədə Rusiyanın FHN-nin Sibir regional mərkəzinin nümayəndəsi Vladimir Berdnikov RİA Novostiyə xəbər verib.
Trend in RİA Novosti-yə əsasən verdiyi xəbərə görə, vertolyot Novosibirskdən uçurmuş.
Berdnikov deyib ki, onun məlumatlarına görə, vertolyotda cəmi 16 nəfər - 13 sərnişin və üç ekipaj üzvü olub. O qeyd edib ki, hazırda bu məlumatlar dəqiqləşdirilir.
Əvvəllər Rusiya KİV-ləri xəbər verib ki, vertolyotda 18 nəfər olub.
Berdnikov deyib ki, qəzanın səbəbləri aydınlaşdırılır.
Qəza cümə günü saat 9:45-də vertolyotun Kemerovo aerodroumuna enməsi zamanı baş verib.