...

Zurab Noqaideli: Qazaxıstan şirkətləri Gürcüstanda özəlləşdirmədə bərabər hüquqa malikdir

Dünya xəbərləri Materials 3 İyun 2006 13:34 (UTC +04:00)

Qazaxıstan şirkətləri Gürcüstandakı özəlləşdirmə prosesində iştirak etmək üçün bərabər hüquq və imkanlara malikdirlər. Trend in Astana şəhərindəki xüsusi müxbirinin verdiyi xəbərə görə, bu barədə Gürcüstanın baş naziri Zurab Noqaideli xəbər verib.

Onun sözlərinə görə, Qazaxıstanın bir sıra özəl şirkətləri "TbilQaz", Acariya və Borjomidə turizm kompleksi, birləşmiş telekommunikasiya şirkəti də daxil olmaqla, artıq Gürcüstanın mühüm aktivlərini əldə ediblər.

Baş nazir bildirib: "Hazırda enerji obyektlərini özəlləşdiririk. Biz üç distribyutor və altı su elektrik stansiyasının aktivlərinin əldə olunması üçün fevral ayında tender elan etmişik. Yeni tarif siyasəti və islahatı bu sektoru daha cəlbedici edib".

O, iqtisadi kreditlərin 83%, aktivlərin isə 50% artdığı bank sahəsində böyük irəliləyiş olduğunu qeyd edib.

"Keçən il şərab sənayesinin istehsalı 80% artıb, cari ilin mart ayında isə gürcü çaxırının Rusiyaya idxalına qadağa qoyulub, və biz də şərab bazarının diversifikasiyası üzərində işləyirik. Biz məhsulumuzun Böyük Britaniya və ABŞ-da satışına nail ola biləcəyik. Gürcü şərabçılığının qədim ənənələri 8 min illik tarixə malikdir və mən əminəm ki, şərab sektoru süni olaraq yaradılmış əngəlləri aşacaq və yaranmış vəziyyətdən layiqli və daha da möhkəmlənmiş şəkildə çıxacaq".

O, həmçinin, Gürcüstanın nəqliyyat sisteminin inkişafının zəruriliyini qeyd edib. Noqaideli bildirib: "Gürcüstanın coğrafi üstünlüyü ondadır ki, ondan tranzit ölkə kimi istifadə etmək olar və yollarımızın reabilitasiyası haqqında qərar qəbul olunub. Biz Qazaxıstan rəhbərliyi ilə birlikdə Gürcüstanın dəmir yolu sisteminin inkişafı üzərində işləyirik. Bu dəmir yolu cənubi Qafqaz dəhlizi vasitəsilə Avropanı Çinlə birləşdirəcək.

İnvestorlar üçün daha bir cəlbedici sahə turizm sahəsidir. Biz Qərbi Avropa ölkələrinin vətəndaşlarının bura gəlmək üçün viza almaq prosedurunu asanlaşdırmışıq".

Xəbər lenti

Xəbər lenti