...

Gürcüstanda 3-cü nəsil mobil rabitə istifadəyə veriləcək

Dünya xəbərləri Materials 3 İyun 2006 14:52 (UTC +04:00)

Gürcüstanın MagtiCom mobil rabitə operatoru adının dəyişdirilməsini elan edib. Şirkət Magti adlanmağa başlayacaq. Bu barədə, Trend agentliyinin "Kavkaz-press"ə istinadən yaydığı məlumata əsasən, şirkətin baş direktoru Devid Li jurnalistlərə bəyan edib.

Onun sözlərinə görə, Magti 3-cü nəsil mobil rabitə bazasında yeni xidmətlər göstərməyə başlayır. İyunda şirkətin 1000 abunəçisinə yeni xidmət növlərini yoxlamaq məqsədilə 10 həftəlik test proqramıda iştirak etmək imkanı veriləcək.

Yeni xidmətlər müştərilərə televiziya proqramlarını izləməyə, internetdə işləməyə və yüksək keyfiyyətli səs siqnalından faydalanmağa imkan verəcək. Bu xidmətlərdən yararlanmaq üçün 3-cü nəsil rabitə əlaqəsini saxlayan telefonlar lazımdır.

Bu xidmətlər sentyabrda bütün istifadəçilər üçün əlçatan olacaq. Yeni xidmətlərin tətbiqi üçün on milyonlarla dollar tələb olunub.

Bundan əlavə, iyunun 2-dən Magti abunəçilərinə xidmət haqqı ödənildikdən sonra bir il ərzində daxil olan zəngləri almaq və öz balansını istədiyi kimi istifadə etmək imkanı veriləcək.

Xəbər lenti

Xəbər lenti