Dünya Bankı quş qripinin profilaktikası üçün Ermənistana $6,25 mln kredit ayıracaq. Trend in Mediamaks agentliyinə istinadən xəbər verdiyi kimi, iyunun 5-də DB-nin İrəvan ofisinin rəhbəri Rocer Robinson bildirib ki, Yaponiya hökuməti quş qripi ilə mübarizə üzrə layihə çərçivəsində Ermənistana $804 min həcmində qrant ayıracaq.
Proqram bir neçə komponentdən ibarətdir: səhiyyə, baytarlıq, fermerlərə kompensasiya və ictimaiyyətin məlumatlandırılması. Kompensasiya Fondu təxminən $750 min təşkil edəcək.