...

Dünya bazarında qızılın qiyməti xeyli düşüb

Dünya xəbərləri Materials 13 İyun 2006 15:18 (UTC +04:00)

Son həftələr ərzində qızılın qiymətinin düşməsi dünya əmtəə bazarlarının bu gün işə başlamasından sonra baş verib. Londonda saat 10.45 -də Trua unsiyasına 592,9 ABŞ dolları veriblər.

Trend in İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bu gün qiymət artıq 11,35 dollar düşüb.

Ötən bazar ertəsi Trua unsiyasının qiyməti 6,3 dollar ucuzlaşıb.

Sərmayəçilərin qızıldan ani olaraq imtina etməsi may ayının əvvəlində dünya əmtəə bazarı da daxil olmaqla, bütün mühüm dünya bazarlarındakı kəskin dəyişikliklər haqqında yaranmış təhlükəli fikirlərlə əlaqədardır.

Xəbər lenti

Xəbər lenti