...

Rusiya prezidenti Qazaxıstana üçgünlük səfərə gəlir

Dünya xəbərləri Materials 16 İyun 2006 15:12 (UTC +04:00)

Bu gün Rusiya prezidenti Vladimir Putin üçgünlük rəsmi səfərlə Qazaxıstana gəlir. Səfər zamanı dövlət başçısı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQFETM) Alma-Atıda keçiriləcən 2-ci zirvə görüşündə iştirak edəcək.

Trend agentliyinin "RBK"ya istinadən yaydığı məlumata əsasən, Alma-Atıda V.Putin Qazaxıstanlı həmkarı Nursultan Nazarbayevlə danışıqlar aparacaq, Azərbaycan və Əfqanıstan prezidentləri İlham Əlyiev və Həmid Kərzai, eləcə də Tailand baş nazirinin vəzifəsini icra edən Taksin Çinavatla ikitərəfli görüşlər keçirəcək.

Bundan əlavə, Rusiya və Qazaxıstan liderləri iyunun 18-də Baykonur kosmodromundan "Kazqat" adlı Qazaxıstanın ilk rabitə və yayım peykinin buraxılmasında da iştirak edəcəklər. Peyk Rusiyanın "Proton-K" raket-daşıyıcısı tərəfindən həyata keçiriləcək.

Qazaxıstana səfər zamanı V.Putini Rusiyanın XİN rəhbəri Sergey Lavrov, Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini Sergey Smirnov, sənaye və energetika naziri Viktor Xristenko, "Roskosmos"un rəhbəri Anatoli Perminov, "Vneştorqbank"ın prezidenti Andrey Kostin və başqaları müşayiət edəcəklər.

Xəbər lenti

Xəbər lenti