Rusiya - BMT-nin İnsan Haqları Şurasının (İHŞ) siyasiləşdirilməsi və insan haqları və azadlıqları sahəsində ikili standartların tətbiqinə qarşıdır. Bu barədə İHŞ-nin 1-ci sessiyasında iştirak etmək üçün Cenevrəyə gəlmiş Rusiyanın xarici işlər naziri müavini Aleksandr Yakovenko bildirib.
"Biz konstruktiv dialoq və digər ölkələrlə qarşılıqlı fəaliyyətə ümid edirik... Rusiya üçün əsas element İHŞ-nın müasir təhlükələrə cavab verə bilən səmərəli orqana çevrilməsidir" - deyə o əlavə edib. Bu barədə Trend "İTAR-TASS"a istinadən xəbər verib.