...

Yaponiyada dünyanın ən sürətli kompüteri yaradılıb

Dünya xəbərləri Materials 20 İyun 2006 13:40 (UTC +04:00)

Yaponiyada saniyədə 1 kvadrilyon əməliyyat məhsuldarlığına malik, dünyanın ən sürətli MDGRAPE-3 superkompüteri yaradılıb.

Trend in verdiyi xəbərə görə, kompüter Maarif və elm nazirliyinin himayəsi altında fəaliyyət göstərən "Riken" Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən Amerikanın İntel və Yaponiyanın SJI Japan şirkətlərinin mütəxəssisləri ilə birgə hazırlanıb.

"Riken" nümayəndələrinin bu gün İTAR-TASS-a verdiyi xəbərə görə, superkompüter bioloji tədqiqatlar, eyni zamanda zülalın öyrənilməsi, molekulyar və atom səviyyəsindəki xəstəliklərin səbəblərinin təhlili və effektiv dərman preparatlarının hazırlanması üçün nəzərdə tutulub. O, İnstitutun Tokio şəhərinin yaxınlığında yerləşən İokoqama şəhərindəki tədqiqat mərkəzlərindən birində quraşdırılıb. Kompüter 60-80 kvadrat metr sahəni tutub. MDGRAPE-3 kompüterinin ən böyük məhsuldarlıq səviyyəsi indiyə qədər ən sürətli sayılan, saniyədə "cəmi" 360 trilyon əməliyyat edə bilən Amerikanın İBM korporasiyasının "BlyuCin/L" kompüterindən üç dəfə çoxdur.

Bununla yanaşı, "Riken" mütəxəssləri əmindirlər ki, onların nailyyəti - son hədd deyil və indiki rekordçudan on dəfə sürətli olacaq və saniyədə 10 kvadrilyon əməliyyat həyata keçirə biləcək superkompüteri hazırlamağa başlayacaqlar. Yaponiya höküməti bu kompüteri 2010-cu ilə qədər yaratmaq vəzifəsini onların qarşısına qoyub.

Xəbər lenti

Xəbər lenti