...

Mixail Saakaşvili: "Gürcüstan magistral qaz kəmərini satmağı planlaşdırmır"

Dünya xəbərləri Materials 20 İyun 2006 17:01 (UTC +04:00)

Gürcüstan prezidenti Mixail Saakaşvili bəyan edir ki, ölkə magistral qaz kəmərini satmağı planlaşdırmır.

Trend in Praym-Nyusa istinadən xəbər verdiyi kimi, bu barədə Mixail Saakaşvili iyunun 20-də Tiflisdə açılmış "Avrasiyanın enerji təhlükəsizliyi - bazara çıxış və investisiya siyasəti" adlı beynəlxalq konfransda xarici sərmayədarların bu məsələ ilə maraqlanmasından sonra bəyan edib.

Onun sözlərinə görə, bu məsələ hökumətin gündəliyinə daxil deyil və nəzərdən keçirilmir.

Konfrans Gürcüstan hökumətinin təşəbbüsü və ölkə prezidenti ilə Beynəlxalq Enerji Agentliyinin himayəsi altında keçirilir.

Konfransda Avrasiyada Mərkəzi Asiya təbii qazının artan rolu, enerji daşıyıcılarının tədarükündə kollektiv təhlükəsizliyin gücləndirilməsi, "Enerji daşıyıcılarının nəqli üzrə Cənub dəhlizi"nin inkişafı ilə bağlı məsələlər müzakirə olunur.

Xəbər lenti

Xəbər lenti