Prezident Vladimir Putin bildirib ki, Rusiya hazırda öz inkişaf strategiyasını formalaşdırmaq imkanını əldə edib.
"90-cı illərin əvvəli - 90-cı illərin ortalarından başlayaraq bu günə qədər biz əsasən boşluqları yamamaq və yaşamaqla məşğul idik", - deyə dövlət başçısı çərşənbə axşamı RF Təhlükəsizlik şurasının iclasında bildirib.
"İndi bizim sabaha baxmaq və bütün böhranlı istiqamətlər üzrə ölkənin inkişaf strategiyasını formalaşdırmaq imkanımız var", - deyə V.Putin bildirib. Trend bu barədə İNTERFAKS-a istinadən xəbər verib.