...

ABŞ Energetika Nazirliyi: 2030-cu ilə qədər neftin dünya enerji sərfiyyatındakı payı 5% düşərək 33% -ə çatacaq

Dünya xəbərləri Materials 21 İyun 2006 13:02 (UTC +04:00)

2030-cu ilə qədər neftin dünya enerji sərfiyyatındakı payı 2003-cü ildə qeyd olunmuş 38%-dən 5% düşərək 33% -ə çatacaq. Bu proqnoz ABŞ Energetika Nazirliyinin illik məruzəsində qeyd olunur. Nazirlik analitiklərinin fikrincə, neft sərfiyyatının azaldılması isə onun qiymətinin rekord surətdə qalxmasına səbəb olacaq. Trend in verdiyi xəbərə görə, məhz bu vəziyyət istehlakçıları alternativ və daha ucuz enerji mənbələrinə - kömür, qaz və bioyanacağa müraciət etməyə məcbur edəcək.

Ehtimal olunur ki, bu dövrdə, yəni 2030-cu ilədək kömürün dünya sərfiyyatının səviyyəsi 3% (27%-ə qədər), təbii qazın - 2% (26%-ə qədər), bərpa olunan yanacağın (biodizel, etil spirti və başqa növlər) - 1% (9%-ə qədər) artacaq.

Dünyanın enerji sərfiyyatındakı payının azalmasına baxmayaraq, göstərilən müddətdə neftə tələbat nəinki azalacaq, hətta artacaq. Mütəxəssislərin proqnozlarına görə, əgər hazırda dünyanın neftə tələbatı sutkada 85 milyon barel təşkil edirsə, o zaman 2030-cu ilə qədər bu göstərici əhəmiyyətli dərəcədə - sutkada 118 milyon barelə qədər artacaq. Bu artımın böyük hissəsini ABŞ, Çin və Hindistan tərəfindən tələbat təşkil edəcək. Bu halda kömürə, təbii qaza və elektrik enerjisinə tələbat, demək olar ki, iki dəfə artacaq.

Xəbər lenti

Xəbər lenti