Xəzərin şimal hissəsində Rusiya və Qazaxıstan sərhəd qoşunlarının "Xəzər-2006" təlimləri başa çatıb. Bu barədə Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsindən xəbər verilib.
"Komandanlıq təlimlərə yüksək qiymət verib. Təlimlər Rusiya və Qazaxıstan sərhədçilərinin yüksək hazırlıq səviyyəsini göstərib" - deyə komitənin yaydığı məlumatda deyilir.
Trend agentliyi "Novosti" RİA-ya istinadən xəbər verir ki, təlimlərdə Rusiya və Qazaxıstan sərhəd qoşunlarının qüvvə və vəsaitlərindən istifadə olunub. Təlimlərdə Azərbaycan və İran sərhəd qoşunlarının nümayəndələri müşahidəçi qismində iştirak edib.