...

Həftə ərzində türkmən birjası hərraclarında valyuta sövdələşmələrinin məbləği 128,3 milyon ABŞ dollarını ötüb

Dünya xəbərləri Materials 3 İyul 2006 19:14 (UTC +04:00)

İyul istilərinə baxmayaraq, xarici iş adamları ötən həftə Türkmənistanın Dövlət ticarət-xammal birjasındakı (TDTXB) hərraclarda çox fəal iştirak ediblər. Bunu bağlanmış sövdələşmələrin yekunları təsdiq edir. Həftə ərzində sövdələşmələrin məbləği 128 milyon 335 min ABŞ dolları təşkil edib.

TDTXB-nin mətbuat xidmətinin məlumatına görə, ən böyük müqavilələr BƏƏ və Türkiyə sahibkarları tərəfindən bağlanıb. Onlar A-80, A-92 və A-95 markalı benzin, həmçinin ümumi neft koksu alıblar. Böyük Britaniya və Almaniya iş adamları öz seçimlərini, müvafiq olaraq, L-0,2-62 markalı dizel yanacağının və hidroliz vasitəsilə təmizlənmiş dizel yanacağının üzərində saxlayıblar. Qonşu İranın işgüzar dairələrinin nümayəndələri Türkmənistanın Naip yatağından maye qaz alıblar. Pambıq ipliyin alınması üzrə sazişi Hibraltardan gəlmiş kommersantlar bağlayıblar.

Trend in verdiyi xəbərə görə, Danimarka və Gürcüstan iş adamları depozit manat vəsaitlərinə təmiz qaragül yunu, ABŞ, İsveçrə, Hindistan, İran, Azərbaycan, Pakistan, İrlandiya, Türkiyə, Kiprdən gələn alıcılar isə qaba parça alıblar. Trikotaj məmulatlarını isə Türkiyə kommersantları alıb. Sövdələşmələrin milli valyuta ilə ümumi məbləği 31,7 milyard manatdan artıq olub.

Xəbər lenti

Xəbər lenti