...

Nazarbayevın ABŞ səfərinə hazırlıq məqsədilə Qazaxıstanın xarici işlər naziri Vaşinqtona səfər edəcək

Dünya xəbərləri Materials 3 İyul 2006 19:29 (UTC +04:00)

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin ABŞ səfəri çərçivəsində ölkənin xarici işlər naziri Kasımjomart Tokayev iyulun 5-7-də Vaşinqtona işgüzar səfər edəcək. Bu barədə, Qazaxıstan XİN-inin rəsmi nümayəndəsi Erjan Aşikbayev həftəlik brifinqdə bildirib.

"Səfər zamanı nazirin ABŞ dövlət katibi Kondoliza Rays, ABŞ-ın ticarət nümayəndəsi Syuzan Şvab və digər rəsmilərlə görüşü planlaşdırılıb" - deyə o qeyd edib. Bu barədə Trend "Kazinform"a istinadən xəbər verib.

Xəbər lenti

Xəbər lenti