...

Freedom House "böyük səkkizlik" ölkələrini Qazaxıstanda KİV-in fəaliyyətinə qoyulan yeni məhdudiyyətləri pisləməyə çağırır

Dünya xəbərləri Materials 7 İyul 2006 15:55 (UTC +04:00)

Dünyada azadlığın carçısı olan Freedom House təşkilatı "böyük səkkizlik" ölkələrini Qazaxıstanda KİV-in fəaliyyətinə qoyulan yeni məhdudiyyətləri pisləməyə çağırır.

"Biz "böyük səkkizlik" ölkələrini prezident Nazarbayeva onun beynəlxalq ictimaiyət və öz vətəndaşları qarşısında götürdüyü öhdəliklərini xatırlatmağa çağırırıq" - deyə təşkilatın icraçı direktoru Cennifer Vindzor bildirib.

Əvvəl məlumat verildiyi kimi, Mədəniyyət və İnformasiya Nazirliyi tərəfindən hazırlanmış "Qazaxıstanın kütləvi informasiya vasitələri haqqında bəzi qanunverici aktlarına dəyişikliklərin edilməsi haqqında" qanun iyulun 5-də prezident tərəfindən imzalanıb.

"Bu, postsovet məkanında söz azadlığı üçün kədərli gündür" - deyə o vurğulayıb. Xanımın fikrincə, qanunvericiliyə edilən bu dəyişikliklər söz və mətbuat azadlığının birbaşa pozulmasıdır və Qazaxıstanda müstəqil KİV-in işini pozmaqda davam edir.

"2009-cu ildə ATƏT-də sədrliyə iddia edən və "böyük səkkizliy"in zirvə görüşünə dəvət olunan ölkə üçün belə geriləmə çox narahatedicidir" - deyə C. Vindzor bildirib.

Məlum olduğu kimi, Rusiya prezidenti Vladimir Putin Qazaxıstan lideri Nursultan Nazarbayevi G8 görüşündə müşahidəçi qismində iştirak etməyə dəvət edib. Bu barədə Trend "Kazakhstan today"ya istinadən xəbər verib.

Xəbər lenti

Xəbər lenti