...

Yoahim Lev Almaniya futbol yığmasının yeni məşqçisi təyin olunub

Dünya xəbərləri Materials 12 İyul 2006 17:27 (UTC +04:00)

Yoahim Lev Almaniya futbol yığmasının yeni baş məşqçisi təyin olunub.

Trend in RBK-ya istinadən xəbər verdiyi kimi, Y.Lev bu gün səhər Almaniya yığmasının baş məşqçisi vəzifəsindən istefa verdiyini elan edən Yurgen Klinnsmanın birinci köməkçisi olub. Y.Levin bu posta namizədliyi daha münasib hesab olunurdu.

Xatırladaq ki, bu gün İtaliya yığmasının baş məşqçisi Marçello Lippi də istefa verib. İtaliyalı məşqçinin varisinin adı hələlik açıqlanmır. Qeyd edək ki, İtaliya yığması M.Lippinin başçılığı altında iyulun 9-da Almaniyada başa çatmış futbol üzrə dünya çempionatında qələbə qazanıb. Almaniya yığması isə 3-cü yeri tutub.

Xəbər lenti

Xəbər lenti