...

Avstraliya erməni terrorçunu həbsdən azad edib

Dünya xəbərləri Materials 18 İyul 2006 15:33 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, Avstraliya hökuməti 1986-cı ildə Türkiyənin Melburndakı baş konsulluğuna qarşı terror aktı həyata keçirməyə cəhddə təqsirli bilinən ASALA üzvü, erməni terrorçusu Levon Dəmiryanı həbsdən azad edib.

Xatırladaq ki, partlayıcı qurğunun quraşdırılması zamanı bomba ehtiyatsızılq üzündən vaxtından qabaq partlamış və nəticədə ASALA üzvü Akop Levonyan həlak olmuş, Levon Dəmiryan isə 25 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Bu, Dəmiryanın iştirak etdiyi 3-cü terror aktı idi. 1978-ci ildə onun iştirakı ilə Avstraliyada ingilis dilli ölkələrin sammitinin keçirildiyi dövrdə Sidney şəhərinin mərkəzində bomba partladılıb. 1980-ci ildə o, Türkiyənin Sidneydəki baş konsulu Şarik Ariyak və onun cangüdəni Engin Sevənə qarşı küçə terror aktında şübhəli qismində istintaq edilib. Bu terror aktı Avstraliyanın tarixində baş vermiş ilk siyasi qətldir.

Terrorçu Levon Dəmiryan "nümunəvi davranış"ına görə həbsdən 5 il tez azad edilib.

Xəbər lenti

Xəbər lenti